Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Ərdəbilli gənclər robot tibb bacısı istehsal edib

Ərdəbilli gənclər robot tibb bacısı istehsal edib

 Ərdəbilli gənclər Yaxın Şərqdə ilk dəfə olaraq robot tibb bacısı istehsal edib.

Bu barədə Elektron Qenerasiya Şirkətinin müdiri Behzad Kohənmi mətbuata məlumat verib.

“Bu robot əyalət və ölkədə tibb bacılarına yardım etmək məqsədi ilə hazırlanıb.

Həkim adlanan robot xəstəxanalarda koronavirusa yoluxanlara xidmət göstərəcək. Yaxın gələcəkdə robotun geniş istehsalına başlanacaq.”- deyə o bildirib.

Şirkətin müdiri yeni istehsal olunan robotun gələn həftə Ərdəbilin Xomeyni xəstəxanasında quraşdırılacağını bildirib.

O qeyd edib ki, internetə bağlı olan robot mikrofon, durbin, səsgücləndirici, lazer termometr və bir sıra proqramlarla təchiz edilib. Sürətlə hərəkət edə bilən robotun dərman və yemək daşıma qabliyyəti var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir