Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / 4 güney azərbaycanlı fəal müvəqqəti olaraq sərbəst buraxılıb

4 güney azərbaycanlı fəal müvəqqəti olaraq sərbəst buraxılıb

Fevralın 26-da 4 güney azərbaycanlı milli-mədəni fəal Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq azadlığa buraxılıb.

2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı saxlanılan Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi və Məhəmməd Mahmudi mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Əyyub Şiri 1985-ci ildə Təbrizdə dünyaya göz açıb. O ali təhsillidir, iki uşaq atasıdır.

36 yaşı olan Davud Şiri orta məktəbi qurtarıb. O evlidir, iki uşağı var.

Nasir Xülusinin 40 yaşı var, Təbrizdə doğulub. Məlumata görə, təhlükəsizlik orqanları inşaat mühəndisi olan fəalın iqtisadi fəaliyyətinə maneçilik törədir.

Məhəmməd Mahmudi də 1979-ci ildə Təbrizdə doğulub. Kənd təsərrüfatı mühəndisliyi üzrə təhsil alan azərbaycanlı fəal evlidir, onun iki uşağı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir