Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Azərbaycanlılarla birlikdə Qaşqay və Xorasan türkləri də selə məruz qalan türkmənlərə yardım etməyə çağırır – VİDEO

Azərbaycanlılarla birlikdə Qaşqay və Xorasan türkləri də selə məruz qalan türkmənlərə yardım etməyə çağırır – VİDEO

“Türkmən səhra” bölgəsi sel fəlakəti ilə üzləşdikdən sonra İranda türk xalqlarına mənsub fəallar hər kəsi türkmən qardaşlarına yardım etməyə çağırır.

Bu istiqamətdə Azərbaycan, Qaşqay və Xorasan türkləri xüsusi aktivlik göstərir.

Şirazda Qaşqay türklərinə mənsub fəallar yardım toplama kampaniyası təşkil edərək nağd pul, əşya və ərzaq məhsullarının aşağıda qeyd olunan bank hesabı və adresə göndərilməsini istəyiblər.

Oxşar kampaniya Xorsan türkləri tərəfindən keçirilir. Sel fəlakəti ilə üzləşən türkmənlərə yardım etmək istəyən soydaşlarımız aşağıdakı videoda qeyd olunan adresə müraciət edə bilərlər.

İran dövləti türkmənlərə düzgün yardım etməkdə tərəddüd etdiyi bir vaxtda Azərbaycan türkləri də yardım toplama kampaniyası keçirir. Sel bölgəsinə əhali tərəfindən göndərilən birinci yardım karvanı Güney Azərbaycanın Ərdəbil şəhərindən olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir