Şənbə , 14 Dekabr 2024
Ana səhifə / Azərbaycan / Bakıda İran Səfirliyi qarşısında aksiya keçirilib – VİDEO

Bakıda İran Səfirliyi qarşısında aksiya keçirilib – VİDEO

Martın 2-də Millətçi Gənclər Təşkilatının fəalları İran İslam Respublikasının Azərbaycandakı  səfirliyi qarşısında aksiya keçiriblər.

Aksiya iştirakçıları İran hökumətinin Ermənistana dəstək verməsinə, Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfəri zamanı erməni dilində  “Qarabağ bizimdir, vəssəlam” sözləri yazılmış plakatın fonunda selfi çəkdirməsinə, eləcə də İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İslam inqilabının 40 illiyi ilə əlaqədar etdiyi çıxışda Azərbaycan əleyhinə söylədiyi fikirlərə etiraz ediblər.

Aksiyada “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Rus, fars, erməni – bunlar türkün düşməni”, “Bakı, Təbriz, Ankara – biz hara, farslar hara”, “Qarabağ bizimdir, bizim olacaq” və digər şüarlar səsləndirlib.

Səfirliyin binası ünündə aksiyanın qətnaməsi oxunub.

Qeyd edək ki, Ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımın  27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

N.Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir