Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Beynəlxalq Ana Dili Günü ilə əlaqədar divarlara şüarlar yazılıb – Ərdəbildə

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar divarlara şüarlar yazılıb – Ərdəbildə

Xəbər verdiyimiz kimi, bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.

Güney Azərbaycanda bu önəmli gün münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir. Ərdəbil şəhərində məktəblərin binasına ana dilində təhsil tələbi ilə şüarlar yazılıb.

Azərbaycanlı fəallar divarlara qrafit texnikası ilə “Bizim ana dilimiz türkcədir” şüarı kimi sözlər yazıblar. Soydaşlarımız bununla İranda təkdilli təhsil sistemi və türk dilinin rəsmi şəkildə tanınmamasına etiraz bildiriblər.

Təhsil ocaqlarının açılışı günü ərəfəsində isə başda Ərdəbil şəhəri olmaqla Güney Azərbaycanın əksər şəhərlərində “Hər azərbaycanlı şagird üçün türkcə bir kitab” kampaniyası keçirildi. Təxminən 2 ay davam edən kampaniyada azərbaycanlı məktəblilərə çox sayda türkcə kitablar hədiyyə edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir