Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / “Dalğa” qrupu konsert verməyə hazırlaşır – Təbrizdə

“Dalğa” qrupu konsert verməyə hazırlaşır – Təbrizdə

Güney Azərbaycanın Təbriz şəhərində “Dağların səsi” adı ilə möhtəşəm konsert keçiriləcək.

“Dalğa” musiqi qrupunun konserti dekabrın 30 və 31-də Təbriz vaxtı ilə saat 20:30-da Xavəran Beynəlxalq Konfrans Salonunda keçiriləcək.

Konsertdə “Dalğa” qrupunun icraçı direktoru, saz ifaçısı ustad Çingiz Mehdipur da çıxış edəcək.

“Dalğa” musiqi qrupu Azərbaycanın Güney və Quzeyində bir neçə dəfə möhtəşəm konsertlər keçirib. Gələcək günlərdə keçiriləcək konsertdə çox sayda soydaşımızın tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir