Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Etirazlar zamanı Tehranda saxlanılan güney azərbaycanlı öyrənci Yaşar Darülşəfadan xəbər yoxdur

Etirazlar zamanı Tehranda saxlanılan güney azərbaycanlı öyrənci Yaşar Darülşəfadan xəbər yoxdur

Güney azərbaycanlı fəal Yaşar Darülşəfanın saxlanmasından bir aydan çox keçməsinə baxmayaraq onun vəziyyəti haqda heç bir məlumat yoxdur.

Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai rifah ixtisası üzrə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantura pilləsində təhsil alır.

Yaşar Darülşəfa noyabr ayında benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar zamanı Tehranda öyrənci yataqxanasında təhlükiəsizlik qüvvələri tərəfindən saxlanılıb, aradan bir aydan çox keçməsinə baxmayaraq onun harada saxlandığı və vəziyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Son etirazlar zamanı Güney Azərbaycan şəhərlərindən əlavə çox sayda soydaşımız Tehran və Əlborz əyalətlərində keçirilən aksiyalarda İranın güc strukyurları tərəfindən öldürülüb və ya saxlanılaraq naməlum istiqmaətə aparılıb. Etirazların geniş vüsət aldığı səbəbindən öldürülən və ya saxlanılan azərbaycanlıların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb, onların bir çoxunun harada saxlandığı belə məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir