Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / Fars irqçiliyi simvollarının quraşdırılmasına etiraz… – Ərdəbildə

Fars irqçiliyi simvollarının quraşdırılmasına etiraz… – Ərdəbildə

Fars irqçiliyi simvollarının Ərdəbil şəhərinin Bəsic meydanında quraşdırılması soydaşlarımızın etirazına səbəb olub.

Çox sayda güney azərbaycanlı sosial şəbəkələrdə meydanda quraşdırılan əhəmənilərə (həxaməneşilər) aid heykəllərin şəkilini paylaşaraq hökumətin bu qərarını pisləyib və irqçilik simvollarının götürülməsini tələb edib.

Azərbaycanlı internet istifadəçiləri inanır ki, İran rejimi türklərin tarixi əsərlərini bilərəkdən sıradan çıxarır, yerinə fars tarixi, hətta irqçiliyi simvolizə edən əsərləri təbliğ edir.

“Ərdəbil Əyalətində yerləşən tarixi “Şəhər yeri” ərazisinin tədricən təxrib edilməsi, ötən il Ərdəbil şəhərinin məşhur Şeyx Səfi Kompleksi, Təbrizin “Göy məscid”i və Tikantəpədə yerləşən “Təxti-Süleyman” (Sorğulu) abidəsinin giriş biletlərində Fars Əyalətində yerləşən “Təxti-Cəmşid”in görüntüsünün əks olunması Azərbaycanın tarix və mədəniyyətinə qarşı təxribatdır”- deyə sosial şəbəkələrdə paylaşılan postlarda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir