Cümə axşamı , 9 May 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycan televiziyasında yeni verilişlər: “Özümüz” və “Sözümüz”

Güney Azərbaycan televiziyasında yeni verilişlər: “Özümüz” və “Sözümüz”

Güney Azərbaycan Televiziyasında (GünAz TV) “Özümüz” və “Sözümüz” adlı iki yeni verilişin yayımı başlayır.

“Özümüz” verilişində Azərbaycan türklərinin milli kimliyi və tarixi kökləri barədə elmi söhbət olacaq. Verilişi ustad Məhəmməd Rəhmanifər, siyasi fəal Məsud Harayla birlikdə aparacaq.

“Özümüz” verilişini həftənin çərşənbə axşamı günləri Təbriz vaxtı ilə saat 20:45-də GünAz TV-dən izləyə bilərsiniz.

“Sözümüz” verilişində isə türk dili və ədəbiyyatından bəhs olunacaq. Bu proqram da adı çəkilən güney azərbaycanlı ziyalılar tərəfindən aparılacaq.

“Sözümüz” verilişi həftənin cümə axşamı günləri Təbriz vaxtı ilə 20:45-də yayımlanacaq.

Ustad Məhəmməd Rəhmanifər tanınmış yazıçı, araşdırmaçı və tərcüməçidir. Cənab Məsud Haray isə milli zəmində yazan Güney Azərbaycanın məşhur şairlərindən biridir. Siyasi fəal Türkiyədə Stratejik Araşdırmalar Mərkəzində (SASAM) İran masası uzman kimi fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir