Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycanda daha bir animasiya türk dilinə dublyaj edilib: “Xoxanlar şirkəti” – FİLM

Güney Azərbaycanda daha bir animasiya türk dilinə dublyaj edilib: “Xoxanlar şirkəti” – FİLM

Güney Azərbaycanda “Xoxanlar şirkəti” adlı animasiya türk dilinə dublyaj edilib.

Animasiya “Kirpi” Müəssisəsinin xüsusi təşəbbüsü və bir qrup güney azərbaycanlı gəncin əməkdaşlığı ilə dublyaj edildikdən sonra geniş şəkildə yayılıb.

Amerikanın “Walt Disney” şirkətinin istehsalı olan animasiya Səba Səbbağ və Babək Meynəqi tərəfindən türk dilinə tərcümə olunub, dunlyaj işi bir il çəkib.

Maraqlı çizgi filmini “Bayquş” saytından Download edə bilərsiniz: LİNK

“Xoxanlar şirkəti” Güney Azərbaycanda türk dilinə dublyaj edilən 5-ci animasiyadır. Bundan əvvəl “Super Qəhrəmanlar 2”, “Balaca rəis”, “Heyvanlar şəhəri” və “Oynatmalı nağılı 3” animasiyaları həmin gənclər tərəfindən dublyaj edilib.

Film heç bir dövlət dəstəyi olmadan azərbaycanlı sənətkarların təşəbbüsü və səyi nəticəsində dublyaj olunub.

Türkcə filmlərə sosial tələb olduğu üçün son illərdə Güney Azərbaycanda türk dilində hazırlanan tamaşa və filmlərin də sayı artıb. Bütün bunlar dövlət dəstəyi olmadan və yalnız mədəni fəalların maliyyə dəstəyi hesabına həyata keçirilir.

İran rejimi son bir ildə türk dilində kitabların sərgilənməsinin qarşısını alsın deyə yuxarıda adını çəkdiyimiz “Kirpi” Nəşriyyatının “32-ci Tehran Beynəlxalq Kitab Sərgisi” və “16-cı Təbriz Beynəlxalq Kitab Sərgisi”nə qatılmasına icazə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir