Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycanda istehsal edilən “Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb

Güney Azərbaycanda istehsal edilən “Qocalar ölməz” filmi beynəlxalq festivalda uğur qazanıb

Güney Azərbaycanda istehsal edilən “Qocalar ölməz” qısametrajlı film Yaponiyada keçirilən beynəlxalq festivalda uğur qazanıb.

Gənc ərdəbilli rejissor Rza Camalinin çəkdiyi film Tokio Film Festivalında “Asiya ruhu” mükafatına layiq görülüb.

Filmdə təmiz havası olan bir kənd əhalisindən bəhs olunur. Həmin kənddə uzun müddətdir ki, kimsə ölməyib. Lakin bir yaşlı kişi xatirələrini yada salaraq ölüm haqda düşünür. Eyni halda gənc bir qız yüksək ruhda və həyata ümidli bir şəkildə yaşayır. Filmin ümumi fəlsəfəsi həyat və ölümlə bağlıdır.

Türk dilində hazırlanan film bu günədək İran, Almaniya, İtaliya, İngiltərə, Türkiyə və s. kimi ölkələrdə keçirilən festivallarda müxtəlif mükafatlara layiq görülüb.

32-ci Tokio Beynəlxalq Film Festivalı oktyabrın 28-dən noyabrın 5-dək Yaponiyada keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir