Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı əsgərin “Pejak” terrorçuları tərəfindən öldürülməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb

Güney azərbaycanlı əsgərin “Pejak” terrorçuları tərəfindən öldürülməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb

Urmiya şəhərindən olan güney azərbaycanlı əsgər Əmir Süleymaninin kürd terror qruplaşması “Pejak” tərəfindən öldürülməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Bu o halda baş verib ki, İranın rəsmi xəbər agentlikləri və xaric ölkələrdə fəaliyyət göstərən farsdilli kütləvi informasiya vasitələri xəbəri boykot edib və ya senzura edərək yayıblar.

“Anadolu” agentliyi bu barədə yazıb: ““Pejak”ın törətdiyi terror aktı internet istifadəçilərinin geniş reaksiya verməsinə səbəb olub. Bəzi virtual kanallar İran silahlı qüvvələrini ölkənin qərb bölgəsində (Qərbi Azərbaycan Əyaləti) fəaliyyət göstərən terror qruplaşmaları ilə sözləşdiyini, onlara qarşı ciddi tədbir almadığını bildirir.”

Türkiyə mətbuatında həmçinin qeyd olunub ki, İranın bəzi mətbuat orqanları PKK, “Pejak” və YPG-ni terrorçu adlandırmaqdan imtina edir. Halbuki, Amerika Birləşmiş Ştatları, Avropa Bilriyi və daha bir çox ölkə PKK və ona bağlı olan qruplaşmaları terrorçu kimi tanıyıb.

Məşhur türkmən futbolçu Sərdar Azmunun şəhid olan azərbaycanlı əsgərlə bağlı İnstaqram səhifəsində paylaşdığı post da Türkiyə mətbuatında işıqlandırılıb. O “PKK və “Pejak” terrorçularına lənət olsun” və “Şəhidlər ölməz – Vətən bölünməz” şüarlarını paylaşaraq baş verən terror aktını qınamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir