Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Yusif Kari 2 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı fəal Yusif Kari 2 il həbs cəzasına məhkum edilib

Təbriz Şəhər Şurasının rəis müavini təmsil etdiyi şəhərin havasının çirkləndirilməsi barədə həyəcan təbili çalır.

Soniya Əndiş bu barədə fevralın 25-də jurnalistlərin qarşısında çıxış edib.

“Fevralın 24-də Təbriz Şəhər Şurasının keçirdiyi iclasda Elektrik Stansiyasının mazotdan istifadə etməsi və bundan dolayı havanın çirkləndirilməsini müzakirə etdik. Qərara gəldik ki, bu məsələ valilik tərəfindən araşdırılmalıdır.”- deyə o bildirib.

Şəhər Şurasının rəis müavini sözlərinin davamında şəhər əhalisinin nigaranlığına toxunub.

“Təbriz əhalisi, xüsusi ilə də şəhərin qərb tərəfində yaşayan əhali uzun illərdir ki, Elektrik Stansiyası və Neft-kimya Şirkətinin havanı çirkləndirməsindən əziyyət çəkir. Əhali bu məsələyə dəfələrlə etiraz bildirib. Artıq bu problemi diqqət mərkəzində saxlamalıyıq.”- deyə o vurğulayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir