Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı idmançı dünya üzrə birincilər sırasında

Güney azərbaycanlı idmançı dünya üzrə birincilər sırasında

Dünya Atletika Federasiyasının saytı 2020-ci ilin mart ayının sonuna qədər yüngül atletika üzrə çempionların son reytinq sıralamasını açıqlayıb.

Federasiyanın açıqladığı siyahıda Təbriz şəhərindən olan azərbaycanlı idmançı Mehdi Pircahanın adı dünya üzrə birincilər sırasındadır.

Reytinq cədvəlində idmançıların vurduğu rekord və yarışlarda əldə etdikləri uğurlar nəzərə alınıb.

Mehdi Pircahan maneələri dəf etməklə 400 metr məsafəni qaçmaq üzrə 1211 xalla reytinq cədvəlinin 29-cu pilləsində qərarlaşıb.

Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, azərbaycanlı idmançı 2019-cu ilin avqust ayında Hindistanda keçirilən beynəlxalq yarışlarda İran millisinin rekordunu yeniləyib. O maneələri dəf etməklə 400 metr məsafəni 49.33 saniyəyə qət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir