Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı jurnalist xanım “Sepah” tərəfindən həbs edilib

Güney azərbaycanlı jurnalist xanım “Sepah” tərəfindən həbs edilib

Güney azərbaycanlı jurnalist və milli-mədəni fəal Məlihə Bərqi Sidqiyani həbs edilib.

“Urmu Yazarları Birliyi”nin üzvü olan xanım Sidqiyani “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən tutulub.

“Sepah” xanıma qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürüb. Onun harada və hansı şəraitdə saxlandığı, eləcə də səhhəti ilə bağlı məlumat verilmir.

Qeyd etmək lazımdır ki, son dövrlər güney azərbaycanlı fəallara qarşı təzyiqlər artmaqdadır. İran rejiminin təhlükəsizlik qüvvələri güneyli fəalları müxtəlif saxta ittihamlarla həbs edərək, keçirilən sifarişli məhkəmə prosesləri vasitəsilə uzun müddətli həbs cəzalarına məhkum edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir