Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi Urmiya şəhərində saxlanılıb.

Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə müraciət edərək onu yaxalayıblar.

Fəalın valdeyinləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparıblar.

Fəalın hansı səbəbdən saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Əli Əzizi bundan əvvəl də Azərbacan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir