Güney azərbaycanlı öyrənci, siyasi fəal Yaşar Darülşəfa Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıb.
O 2020-ci il dekabrın 1-də 41 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Yaşar noyabr 21-də təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılaraq Evin zindanının Ettelaat Nazirliyinin nəzarətində olan 209-cu korpusuna aparılmışdır.
Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai rifah ixtisası üzrə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantura pilləsində təhsil alır.
Yaşarın qardaşı Kavə Darülşəfa da noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.