Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı sənətkar tanınmış fəal Abbas Lisaninin portretini şüşə üzərində çəkib – VİDEO

Güney azərbaycanlı sənətkar tanınmış fəal Abbas Lisaninin portretini şüşə üzərində çəkib – VİDEO

Güney Azərbaycanın Xoy şəhərindən olan məşhur sənətkar Murad Əmmari (Oxtay) tanınmış milli-mədəni fəal Abbas Lisaninin portretini böyük məharətlə şüşə üzərində çəkib.

Vitray sənəti üzrə xüsusi istedadı olan soydaşımız Abbas Lisaninin təxminən 20 il əvvəlki şəkilini şüşə üzərində əks etdirib.

Tanınmış fəal Abbas Lisaninin rejim tərəfindən saxlanılması Güney Azərbaycan cəmiyyətində böyük etirazlara səbəb olub. Azərbaycanlı sənətkarlar hər bir fürsətdə milli-mədəni fəalın saxlanmasına öz etirazlarını nümayiş etdirirlər.

Təxminən 30 ildir bu sənətdə çalışan Murad Əmmarinin əksər əsərləri Azərbaycanın milli qərəmanları və məşhur tarixi şəxsiyyətləri ilə bağlıdır.

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə apellyasiya məhkəməsi tərəfindən 15 ilədək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir