Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadə həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadə həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadə təmami ilə qondarma ittihamlara görə məhkəmə tərəfindən 1 il həbs cəzasına məhkum edilib.

Azərbaycanlı şair 2019-cu il dekabrın 9-da Urmiyənin “9 Pillə” Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Təmami ilə qondarma ittihamlar üzrə tutulan fəal iki gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır. Lakin onun bir neçə həftə sonra Urmiya İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 1 il azadlıqdan məhrum edildiyi məlum olub.

Azərbaycanlı şair mədəni fəaliyyəti dövründə İran qanunlarına zidd heç bir iş görməyib.

Çaypara şəhərindən olan mühəndis Mənsur Zeynalzadə hazırda Urmiyada yaşayır, onun 39 yaşı var, evlidir.

Ötən illərdə Mənsur Zeynalzadənin “Bəyazlanan qara saçlar” adlı türkcə şeir kitabı “Ülkər” nəşr evi tərəfindən çap olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir