Şənbə , 20 Aprel 2024
Ana səhifə / Azərbaycan / Həştrud-Marağa yolunda yol qəzaları nəticəsində ölənlərin sayı artıb

Həştrud-Marağa yolunda yol qəzaları nəticəsində ölənlərin sayı artıb

Güney Azərbaycan yolları can almaqda davam edir.

Həştrud Şəhər İcra Hakimiyyətinin başçısı Həştrud-Marağa yolunda baş verən yol qəzalarında ölənlərin sayının daha da artığını bildirib.

Bu barədə Əmin Əminiyan Trafik Şurası və Güvənlik Komitəsinin keçirdiyi iclasda çıxışı zamanı danışıb.

“Ölümlə nəticələnən yol qəzalarının sayı baxımından Şərqi Azərbaycan 3-cü, Həştrud isə 1-ci yerdədir.

Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölümlə nəticələnən yol qəzalarının sayı 17 faizdən 37 faizə çatıb”- deyə o bildirib.

Əmin Əminiyan Həştruddan Təbriz istiqamətinə gedən yolda müəyyən işlərin görülməli olduğunu da diqqətə çatdırıb. O bildirib ki, Yol və Daşımacılıq İdarəsi ən qısa zamanda sürücülərin problemlərini həll etməli və sərnişin götürmək üçün dayanacaq yerləri müəyyənləşdirməlidir.

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini qəzaların əsas səbəbi kimi göstərir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir