Cümə axşamı , 16 May 2024
Ana səhifə / Azərbaycan / Həmədanlı uşaqlar beynəlxalq rəsm müsabiqəsində uğur qazanıb

Həmədanlı uşaqlar beynəlxalq rəsm müsabiqəsində uğur qazanıb

Güney Azərbaycanın Həmədan Əyalətindən olan iki uşaq Özbəkistanda “Biannela” dünya uşaq rəsm müsabiqəsində uğur qazanıb.

Məlumata görə, Firuzan şəhərindən olan 12 yaşlı Zəhra Muradi və əyalətin mərkəzi şəhəri Həmədandan olan 13 yaşlı Fatimə Rəhimi fəxri diplomla təltif olunub.

Daşkənd beynəlxalq rəsm biannalesi “Uşaqlıq, Anavətən” mövzusunda keçirilib.

Qeyd edək ki, biennale çərçivəsində keçirilən müasir incəsənət sərgiləri dünyada getdikcə inkişaf edir. Bu müsabiqələrə dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir