Cümə axşamı , 18 Aprel 2024
Ana səhifə / Azərbaycan / İran həbsxənalarında həbs edilən güney azərbaycanlı fəalların siyahısı – VİDEO

İran həbsxənalarında həbs edilən güney azərbaycanlı fəalların siyahısı – VİDEO

 Ərk- Azərbaycan İnsan Hüquqları Müdafiəsi Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində ingilis dilində klip yayıb.

Hesabatda fevralın 6-dək saxlanılıb və ya həbs edilən  fəalların siyahısı əks olunub.

Ərk Cəmiyyətinin verdiyi məlumata görə, fəalların əksəriyyəti ana dili və mədəni hüquqlarla bağlı apardığı mədəni mübarizəyə görə uzun müddətli həbs cəzasına  məhkum edilib. Onların bəziləri isə həbs qərarı olmadan qeyri-müəyyən vəziyyətdə təcridxanalarda saxlanılır.

Fəalların səsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə hazırlanan hesabatda onların qısa bioqrafiyası ingilis dilində qeyd olunub.

Siyasi məhbusların əksəriyyəti həbsxanalarda işgəncə altında saxlanılır. Onların bəziləri ədalətsiz həbs qərarına etiraz olaraq aclıq, hətta quru aclıq aksiyası keçirib. Zindanlarda məhbus həyatı yaşayan fəalların bir neçəsi müxtəlif xəstəliklərdən əziyyət çəkir. İran rejimi onların xəstəxanalarda müalicə olunmasına icazə vermir.

Qondarma ittihamlarla həbs edilən azərbaycanlı fəalların əksəriyyəti məzuniyyət və ailəsi ilə görüşmək hüququndan məhrum edilib. Onların ailəsi bu vəziyyətdən olduqca narahatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir