Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Azərbaycan / İran həbsxanalarında saxlanılan 5 güney azərbaycanlı siyasi məhbusun infoqrafiyası – GÖRÜNTÜ

İran həbsxanalarında saxlanılan 5 güney azərbaycanlı siyasi məhbusun infoqrafiyası – GÖRÜNTÜ

İran həbsxanalarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı milli-mədəni fəalın infoqrafiyası yayılıb.

Azərbaycanlı fəalların tərəfindən hazırlanan infoqrafiyada siyasi fəalların həyatı və fəaliyyəti barədə müəyyən məlumatlar qeyd olunub.

Sözügedən fəallar Marağa həbsxanası, Tehranın Evin Zindanı və Təbrizin Mərkəzi Zindanında həbs edilib. Onların kimliyi Həkimə Əhmədi, Əlirza Fərşi, Cəfər Rüstəmirad, Kazım Səfabəxş və Nasir Xülusidən ibarətdir.

Bundan əvvəl 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlar zamanı şəxsi ev və ya iş yerlərində saxlanılan Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Davud Şiri, Babək Hüseyni Müqəddəm, Şahin Bərzgər və Əyyub Şirinin də infoqrafiyası yayılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir