Bazar ertəsi , 6 May 2024
Ana səhifə / Azərbaycan / İran televiziyasında fars dillilərin ölkədə “azlıq” təşkil etməsi ilə bağlı etiraf – VİDEO

İran televiziyasında fars dillilərin ölkədə “azlıq” təşkil etməsi ilə bağlı etiraf – VİDEO

İran Teleradio Şirkətinin 1-ci kanalının aparıcısı fars dillilərin İranda milli azlıq olduğuna etiraf edib.

Videoda göründüyü kimi, aparıcı verilişin qonağından türkcə danışmasını istəyib. O bildirib ki, mən özüm də türkəm, mənim həmkarlarım və  izləyicilərin çoxu da türkdür.

Aparıcı qonaqdan evdəki izləyicilərə olan arzusunu türk dilində dilə gətirməsini və həmin sözün milli azlıqdan ibarət olan fars dillilər üçün tərcümə etməsini istəyib.

İranın keçmiş təhsil nazirinin də bu barədə məşhur açıqlaması var. O bildirmişdir ki, “İranda uşaqların 70 faizi iki dillidir. Biz fars dili və mədəniyyətini ölkənin 70 faiz uşaqlarına təhmil edə bilmərik.”

Bu açıqlamadan aydın olur ki, fars dillilər İran əhalisinin 30 faizini təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir