Çərşənbə axşamı , 21 May 2024
Ana səhifə / Azərbaycan / İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO

İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO

İran Teleradio Şirkəti növbəti dəfə Azərbaycan türk millətinə qarşı aşağılayıcı hərəkətə yol verib.

Videoda göründüyü kimi, 3-cü telekanalda yayımlanan məşhur “Gileva” serialında türk dilində danışan aktyorlara təhqiramiz rol verilib və Gilan Əyalətinin türkləri mühacir kimi qələmə verilib.

Qaraçılara oxşadılan türklər mədəniyyətsiz və adət-ənənəni bilməyən insanlar kimi təqdim olunub. Bunun qarşılığında giləklər fars dilini yüksək səviyyədə danışır, onlar cəngavər, təmiz və düzənli insanlar kimi nümayiş etdirilir.

Filmin bir hissəsində farsca danışan bir gilək aktyor dilənçilər dəstəsini görüncə deyir: Yaxşı oldu ki, müharibəyə gedirəm. Əks halda bu dilənçilərlə eyni evdə yaşamalı olacaydım.

Serialın mövzusu 20-ci əsrin əvvəlləri, Mirzə Kuçek Xan Cəngəlinin həyatı dövrünə aiddir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir