Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Kürd kanalları Urmiyada keçiriləcək parlament seçkiləri ilə bağlı geniş təbliğat aparır – VİDEO

Kürd kanalları Urmiyada keçiriləcək parlament seçkiləri ilə bağlı geniş təbliğat aparır – VİDEO

Kürd terror qruplaşmaları ilə yanaşı kürd dilində yayımlanan müxtəlif telekanallar da kürdləri Qərbi Azərbaycan şəhərlərində keçiriləcək parlament seçkilərində aktiv olmağa çağırır.

Radikal kürdlərin məqsədi parlamentə kürddilli millət vəkili göndərməklə Qərbi Azərbaycan şəhərlərini dünya ictimaiyyətinə Kürdistan kimi təqdim etməkdir.

Sözügedən telekanallar bu məqsədlə kürdləri Urmiya, Sulduz, Sayınqala və Tikantəpə kimi şəhərlərə axışaraq kürd namizədlərə səs verməyə çağırırlar.

Bu arada güney azərbaycanlı milli-mədəni fəallar soydaşlarımızı sözügedən məntəqələrdə aktiv olmağa və türk namizədlərin xeyirinə səs verməyə çağırırlar.

Kürd namizədlər də öz çıxışlarında Qərbi Azərbaycanda məskunlaşan mühacir kürdlərə sətiraltı vədlər verir, kürdlərin bu bölgədə günü-gündən güclənəcəyinə söz verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir