Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Məktəblilər milli komandamızı belə dəstəklədi: “Traxtur”–“Traxtur” – VİDEO

Məktəblilər milli komandamızı belə dəstəklədi: “Traxtur”–“Traxtur” – VİDEO

Güney Azərbaycanın “Traxtur” futbol komandası cəmiyytin bütün təbəqələri kimi şagirdlər arasında da sevilir və dəstəklənir.

Sosial şəbəkələrdə yayılan bir videoda şagirdlər birlikdə gur səslə “Traxtur”-“Traxtur” şüarı səsləndirir. Onlar məktəbin həyətində səhər idmanı zamanı milli komandaya dəstək nemayiş etdiriblər.

“Traxtur”un Güney Azərbaycanın bütün bölgələrində və uşaqdan tutmuş böyüyə kimi hər kəs tərəfindən sevilməsi olduqca ümidvericidir. Ona görə ki, “Traxtur” təkcə idman komandası deyil, həm də görüşlərində milli şüarların dilə gətirildiyi bir komandadır. Soydaşlarımız bu baxımdan “Traxtur”u milli komanda adlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir