Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / “Maşınsazi” komandasına yeni baş məşqçi təyin olunub

“Maşınsazi” komandasına yeni baş məşqçi təyin olunub

Təbrizin “Maşınsazi” futbol komandasının yeni baş məşqçisi müəyyən edilib.

Məlumata görə, Əhəd Şeyxləri klub məsulları ilə danışıqlardan sonra komandanın baş məşqçi postuna təyin olunub.

O ötən günlərdə komandadan ayrılan Rəsul Xətibinin yerinə təyin edilib.

Hələlik “Maşınsazi” klubu xəbəri rəsmi şəkildə elan etməyib, lakin klub məsullarından biri məlumatı təsdiqləyib.

Beləliklə “Maşınsazi”ni 19-cu super liqa yarışlarında mövsümün ikinci yarısında Əhəd Şeyxləri çalışdıracaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir