Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Azərbaycan / Ötən günlərdə Məlikanda saxlanılan Babək Ağazadədən xəbər yoxdur

Ötən günlərdə Məlikanda saxlanılan Babək Ağazadədən xəbər yoxdur

Güney Azərbaycanın Məlikan şəhərində Bələdiyyə İdarəsinin sadə işçilərindən olan Babək Ağazadə ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bu günədək onun vəziyyəti haqda heç bir məlumat yoxdur.

Babək Ağazadə dekabın 16-da Məlikan Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqmaətə aparılıb.

Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hər hansı məlumat yoxdur. Bu vəziyyət Babək Ağazadənin ailəsinin nigaranlığına səbəb olub.

Məlumata görə, bələdiyyə işçisi yerli vaxtla saat 22 radələrində küçədə təmizlik işləri ilə məşğul olduğu zaman Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir