Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Qərbi Azərbaycan Əyalətində parlament seçkilərinin ilkin nəticələri məlum olub

Qərbi Azərbaycan Əyalətində parlament seçkilərinin ilkin nəticələri məlum olub

Xəbər verdiyimiz kimi, fevralın 21-də İranda parlament seçkiləri keçirilib.

Radikal kürd təşkilatlar və terror qruplaşmalarının geniş təbliğat apardığı Qərbi Azərbaycan Əyalətində keçirilən seçkilərin ilkin nəticələri artıq əksər seçki dairələrində məlum olub.

Güney azərbaycanlıların xüsusi həssaslıqla gözlədiyi seçki dairələrində lider namizədlər aşağıdakılardır:

Urmiya şəhərindən – Salman Zakir, Ruhulla Həzrətpur və Vəhid Calalzadə

Salmasdan – Yaqub Rzazadə

Bukandan – Ənvər Həbibzadə Bukani

Mahabaddan – Calal Mahmudzadə

Xoydan – Adil Nəcəfzadə

Makı və Çaldıran şəhərlərindən – Məhəmməd Əlipur

Sulduz və Üşnəviyyədən – Əli Zəncani

Tikantəpə və Sayınqala şəhərlərindən – Həsən Hümməti

Qoşaçay şəhərindən – Mehdi İsazadə

Sərdəşt və Piranşəhr şəhərlərindən – Kamal Hüseynpur

Qeyd edək ki, Urmiya və Sulduz şəhərlərində lider  namizədlər siyasi mövqelərinə baxmayaraq, bölgənin xüsusi şəraitinə görə azərbaycanlı milli-mədəni fəalların dəstək verdiyi namizədlər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir