Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Qəzvin valisinin müavini koronavirusa yoluxub

Qəzvin valisinin müavini koronavirusa yoluxub

Koronavirusun Güney Azərbaycan əyalətlərini bürüməsi ilə bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir.

Cümə axşamı günü axşam saatlarında yayılan xəbərə görə, Qəzvin valisinin müavinlərindən biri koronavirusa yoluxub.

Bu barədə Qəzvin Əyaləti üzrə Koronavirusla Mübariz Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Hüseyn Biniyaz mətbuata məlumat verib.

Onun sözlərinə görə, valinin abadlaşdırma işləri üzrə müavini Əli Fərrüxzaddan götürülən analizin cavabı müsbət olub.

Hüseyn Biniyaz Qəzvində koronavirusa yoluxanların sayının 100-dən çox olduğunu bildirib.

Xatırladaq ki, cümə axşamı günü Qəzvin Tibb Universitetinin rəsmisi Qəzvin Əyalətində 7 nəfərin koronavirusdan öldüyünü bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir