Çərşənbə axşamı , 21 May 2024
Ana səhifə / Azərbaycan / Qaradağ meşələri ilə bağlı olan “Meşə talanı” filminin fraqmenti yayılıb – VİDEO

Qaradağ meşələri ilə bağlı olan “Meşə talanı” filminin fraqmenti yayılıb – VİDEO

Avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində baş verən yanğınla bağlı çəkilən filmin ilk fraqmenti yayılıb.

Tanınmış azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradi çəkdiyi “Meşə talanı” adlı sənədli filmdə Qaradağ meşələrinin əhəmmiyyəti, yanğın faciəsi, yanğının söndürülməsi zamanı yol verilən nöqsanlar və s. kimi məsələlərə toxunub.

45 dəqiqəlik filmdə ətraf mühit tərəfdarları, jurnalistlər və bölgənin yerli əhalisi yanğının söndürülməsi zamanı yaşanan problemlərdən danışıblar.

Avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində geniş miqyaslı yanğın baş verdi. Yanğın müəyyən rəsmi orqanların laqeyd münasibəti nəticəsində bir həftədən çox davam etdi. Tehrandakı səlahiyyətli məsullar birinci günlərdə yerli məsulların müraciətinə məhəl qoymadan hadisə yerinə su çiləyən helikopter göndərməkdən imtina etdilər. Bu səbəbdən geniş ərazini bürüyən yanğın yüzlərlə hektar meşə sahəsinin sıradan çıxmasına səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir