Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Şərqi Azərbaycandan iki idmançı ağır atletika üzrə İran yığmasına çağırılıb

Şərqi Azərbaycandan iki idmançı ağır atletika üzrə İran yığmasına çağırılıb

Çində keçiriləcək ağır atletika üzrə beynəlxalq yarışlarına qatılmaq məqsədi ilə Şərqi Azərbaycandan iki idmançı İran yığmasına dəvət edilib.

Yığmanın təlim-məşq toplanışı Tehranda keçirilir.

Məlumata görə, artıq Məhəmməd Hüseyni və Əmir Hüquqi martın 27-dən İran yığmasının kamplarına müraciət edib. Onlar 48-ci Asiya çempionatına qatılmaq üçün hazırlıq məşqləri edəcəklər.

Bu il keçiriləcək beynəlxalq yarışlara Çin ev sahibliyi edəcək.

Güney Azərbaycanın bütün bölgələri, hətta əyalət mərkəzlərində idman imkanları olduqca məhduddur, idmançılar isə bir çox iqtisadi problem və işsizliklə üz-üzə qalıb. Gənclərimizin belə bir şəraitdə idman meydanlarında əhəmiyyətli uğurlar əldə etməsi Azərbaycanın böyük idman potensiyalından xəbər verir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir