Çərşənbə axşamı , 14 May 2024
Ana səhifə / Azərbaycan / “Süngün” kəndi əhalisinin keçirdiyi etiraz yığıncağının Videosu

“Süngün” kəndi əhalisinin keçirdiyi etiraz yığıncağının Videosu

Şərqi Azərbaycan Əyalətinin Vərziğan məntəqəsində yerləşən keçmiş Süngün kəndinin (indiki Süngün Mis Mədəni” əhalisi Şərqi Azərbaycan valisi tərəfindən verilən vədlərin yerinə yetirilmədinə kütləvi etiraz bildirib.

Etirazçılar Süngün Mis Mədənini çalışdıran şirkətin icraçı direktoru və Vərziğan şəhərinin məsullarını da verdikləri vədlərə əməl etməməkdə günahlandırıblar.

Məsullar və şirkət rəhbərliyinin götürdüyü öhdəliklər Süngün əhalisinin şirkətdə işə düzəldilməsinin birinci prioritet olması və kəndə aid qəbiristanlığın şirkətin vəsaiti hesabına başqa bir yerə köçürülməsindən ibarət olub.

Azərbaycan Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bu mədəndən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır.  Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ uzun illərdir yerli əhali və bəzi məsulların etirazına səbəb olmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir