Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / “Super qəhrəmanlar” animasiyası türk dilinə dublyaj edilib – Güney Azərbaycanda / VİDEO

“Super qəhrəmanlar” animasiyası türk dilinə dublyaj edilib – Güney Azərbaycanda / VİDEO

Təbriz şəhərində “Super qəhrəmanlar 2” animasiyası Azərbaycan türkcəsinə dublyaj edilib.
Məşhur “The Incredible 2” animasiyası  “Super qəhrəmanlar 2” adı ilə “Barış səsi” saytı tərəfindən dubyaj olunub və yayılıb.
Bu qiymətli əsəri ortaya çıxardanlar onun satışından əldə olunan gəliri “Türkmən səhra” bölgəsində sel fəlakətindən zərərçəkənlərə bağışlacayaqlarını bildiriblər. (Alış üçün link)


Bu, Güney Azərbaycanda türk dilinə dublyaj edilən 4-cü animasiyadır. Bundan əvvəl “Balaca rəis”, “Heyvanlar şəhəri” və “Oynatmalı nağılı 3” animasiyaları həmin gənclər tərəfindən dublyaj olunub.
Animasiyalar heç bir dövlət dəstəyi olmadan azərbaycanlı sənətkarların təşəbbüsü və səyi nəticəsində türk dilinə dublyaj edilib.
Çizgi filmlərinin türk dilində yayılması azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkcə filmlərə sosial tələb olduğu üçün, son illərdə Güney Azərbaycanda türk dilində hazırlanan tamaşa və filmlərin sayı artıb. Bütün bunlar dövlət dəstəyi olmadan və yalnız mədəni fəalların maliyyə dəstəyi hesabına həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir