Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizdə Əmək və İşçi Evinin katibi koronavirusa yoluxub

Təbrizdə Əmək və İşçi Evinin katibi koronavirusa yoluxub

Təbrizdə yerli məsul şəxslərdən daha birinin koronavirusa yoluxduğu bildirilir.

Məlumata görə, Təbriz Əmək və İşçi Evinin katibi Kərim Sadiqzadə koronavirusa yoluxub.

Bu barədə Təbriz Şəhər Şurasının rəisi Şəhram Dəbiri öz səhifəsində məlumat paylaşıb.

“Mühəndis Kərim Sadiqzadə Təbriz Bələdiyyə İdarəsinin həyata keçirdiyi dezinfeksiya tədbirlərində iştirak edib. O əhaliyə xidmət göstərərkən koronavirusa yoluxub.”- deyə Şəhram Dəbiri qeyd edib.

Xatırladaq ki, Şərqi Azərbaycan Əyalətində yerli məsullar arasında koronavirusa yoluxma faktı dəfələrlə qeydə alınıb. Ötən günlərdə Təbriz Bələdiyyə İdarəsinin güvənlik və yanğınsöndürmə xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə koronavirusdan vəfat etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir