Bazar , 12 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizdə 23 yaşlı gənc 130 metrlik kəhriz quyusuna düşərək ölüb – Səbəb?

Təbrizdə 23 yaşlı gənc 130 metrlik kəhriz quyusuna düşərək ölüb – Səbəb?

Güney Azərbaycanın Təbriz şəhərində 23 yaşlı gənc soydaşımız 130 metrlik kəhriz quyusuna düşərək həyatını itirib.

Hadisə martın 11-i günorta saatlarında Təbrizin Fənnavəri şəhərciyində baş verib.

Mediyada yayılan informasiyaya görə, çərşənbə günü “125” xidmətinə zəng edərək bir gəncin dərin kəhriz quyusuna düşdüyü barədə məlumat veriblər. Bundan dərhal sonra xilasedici qrup hadisə yerinə göndərilib. Gəncin cansız bədəni bir neçə saat sonra xilasedicilər tərəfindən quyudan çıxarılıb.

Təcili tibbi yardım qrupu onun hadisə yerində öldüyünü təsdiqləyib.

Baş verən hadisənin səbəbi barədə heç bir məlumat yoxdur. Hələlik rəsmi şəxslər bu haqda hərhansı açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir