Çərşənbə axşamı , 30 Aprel 2024
Ana səhifə / Azərbaycan / Təbrizdə çəkilən sənədli film İsveçrənin milli televiziyasında yayımlanacaq

Təbrizdə çəkilən sənədli film İsveçrənin milli televiziyasında yayımlanacaq

Azərbaycan mədəniyyəti və Təbriz şəhərində turistlər üçün cazibədar olan məkanlarını əks etdirən “Kökə qayıdış” sənədli filmi İsveçrənin milli televiziyasında yayımlanacaq.
“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, SRF televiziyasının sənədli film çəkən qrupunun üzvlərindən biri Adrian Eşmon Təbrizə film çəkmək məqsədi ilə gəldiklərini bildirib.
“Sənədli film çəkməkdən məqsəd odur ki, hər kəs ailəsinin hansı mədəniyyət, tarix və kimliyə malik olduğunu bilməlidir. Bəzi hissələr sənədli filmin reportyoru “Sima”nın atasının şəhəri Təbrizin mədəniyyəti ilə tanış olmasına həsr olunub.”- deyə o bildirib.
Adrian Eşmonun sözlərinə görə, Sima İsveçrədə doğulub, onun atası təbrizlidir. O vurğulayıb ki, 6 nəfərlik qrupun Təbrizə gəlib orada sənədli film çəkməsinin səbəbi Simanın atasının şəhər və mədəniyyəti ilə tanış olmasıdır.
Sənədli filmdə əsasən Təbrizin qapalı bazarı və “Göy Məscid”dən bəhs olunub.
Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin açıqladığı məlumata görə, Təbrizə gələn isveçrəli qrupun üzvləri səfərdən razı qalıb, onlar Təbrizdən yaxşı xatirələrlə qayıdacaqlarını bildiriblər.
“Kökə qayıdış” sənədli filmi cümə günləri axşam saatlarında İsveçrənin milli televiziyasında yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir