Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizdə məşhur “Koroğlu” tamaşasının posteri təqdim olunub – VİDEO

Təbrizdə məşhur “Koroğlu” tamaşasının posteri təqdim olunub – VİDEO

Təbriz şəhərində bir çox güney azərbaycanlı sənətklar və incəsənət xadiminin qatıldığı tədbirdə məşhur “Koroğlu” tamaşasının posteri təqdim olunub.

“Koroğlu” tamaşası təxminən 20 il fasilədən sonra Təbrizdə yenidən səhnəyə çıxarılacaq.

Tamaşanın ssenari müəllifi və rejissoru Yaqub Seddiq Camalı şənbə günü jurnalist Əmir Fərz İlahinin “Atabay” filmi ilə bağlı irqçi açıqlamasına reaksiya verərək onu türklərin əzəmətini görmək məsədi ilə tamaşanı izləmək üçün Təbrizə dəvət etmişdir. Azərbaycanlı sənətkar irqçi jurnalistə xitabən “lütfən sus” ifadəsini işlətmişdir.

Azərbaycanlı rejissorun sözlərinə görə, “Koroğlu” tamaşası aktyorluq, ritmik hərəkətlər, Azərbaycan musiqisi, aşıq sənəti və digər sahələrə aid 100-dən çox sənətkarın 250 saatlıq məşqindən sonra nümayişə hazır olub. Məşqlər 7 ay müddətində həyata keçirilib.

“Koroğlu” tamaşası bundan əvvəl İran Beynəlxalq Tamaşa Festivalında ən yaxşı tamaşa kimi seçilib.

“Koroğlu” tamaşası Təbriz, Tehran, Əhvaz, Türkiyənin Trabzob və Azərbaycan Respublikasının Naxçıvan şəhərində səhnəyə çıxarılıb.

Tamaşa fevralın 13-dən Təbrizdə “29 bəhmən” bulavarında fərhəngi-hünəri kompleksinin Ustad İqbal Azər salonunda səhnələşdiriləcək.

Son vaxtlar fars irqçilərinin türk dilində film çəkilməsinə sərt reaksiya  verməsi, soydaşlarımızın türkcə film və tamaşalara rəğbətini artırıb. Dünən Urmiyada “Atabay” filmi səhnəyə çıxarıldığı zaman 700 oturacağı olan kinotatr tamaşaçı ilə dolmuşdur. Xəbər verdiyimiz kimi, bu filmin türk dilində çəkilməsi fars irqçilərini qəzəbləndirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir