Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur”-“İstiqlal” görüşündən yeni Video və Görüntülər

“Traxtur”-“İstiqlal” görüşündən yeni Video və Görüntülər

Noyabrın 1-də Təbrizin səhənd stadinunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında görüş keçirildi.

Super liqanın 9-cu həftəsində keçirilən görüş qonaq komandanın xeyirinə başa çatsa da, yenə də qazanan Azərbaycan və “Traxtur” tərəfdarları oldu. Tamaşaçı qismində iştirak edən 80 mindən çox azarkeş oyun boyu çoxlu milli şüarlar səsləndirib, Azərbaycan və Türkiyə bayraqlarını qaldırıb və müxtəlif bannerlər nümayiş etdirdilər. “Nə topdu, nə qoldu – Traxtur milli yuldur” plakatı “Traxtur” tərəfdarlarının əsas hədəfini göstərən yazı kımı xüsusi diqqət çəkib.

Komanda tərəfdarlarının səsləndirdikləri şüarların videosu saytımızda yayılıb. Aşağıda yeni əldə etdiyimiz video və şəkilləri izləyə bilərsiniz.

Oyun zamanı Təbrizin “Maşınsazi” komandasının baş məşqçi Rəsul Xətibiyə də dəstək nümayiş etdirilib. “Perspolis”in irqçi tərəfdarları oktyabrın 31-də Tehranın Azadi stadionunda keçirilən görüşdə Rəsul Xətibinin ünvanına təhqiramiz şüarlar səsləndirmişdir.

Həmçinin “Traxtur”-“İstiqlal” görüşünü izləmək üçün stadiona daxil olmağa cəhd göstərən bir azərbaycanlı qız təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Həmin qız sosial şəbəkələrdə paylaşdığı postda 8 saat təcridxanada saxlandığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir