Bazar ertəsi , 13 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” komandasına türkiyəli ailədən dəstək – GÖRÜNTÜ

“Traxtur” komandasına türkiyəli ailədən dəstək – GÖRÜNTÜ

Türk dünyasında ən çox tərəfdarı olan Güney Azərbaycanın “Traxtur” futbol komandasına dəstək verən soydaşlarımızın sayı gün keçdikcə artır.

Türkiyədə bir ailənin bütün üzvləri geydikləri idman geyimi ilə “Traxtur” komandasına dəstək verdiklərini nümayiş etdiriblər.

Geyimlərin üzərində Azərbaycan və Türkiyə bayraqları, Borqurd işarəsi və “Traxtur” klubunun loqosu öz əksini tapıb.

Ötən günlərdə də Türkiyənin məşhur TV8 kanalının “Survivor” verilişində “Traxtur” klubundan bəhs olunmuşdur. Verilişin aparıcısı Furkan Dede ona “Traxtur” tərəfdarları tərəfindən hədiyyə edilən şərfi (şal) təqdim edərək Azərbaycan komandasının türk dünyasında ən çox tərəfdara malik olduğunu bildirmişdir. Hədiyyə edilən şərfin üzərində “Traxtur”un adı, loqosu və Bozqurd işarəsi dərc olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir