Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” tərəfdarlarından Qərbi Azərbaycan Əyalətinə göz tikənlərə tutarlı cavab – VİDEO

“Traxtur” tərəfdarlarından Qərbi Azərbaycan Əyalətinə göz tikənlərə tutarlı cavab – VİDEO

Çərşənbə günü Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Kirmanın “Mis” komandası arasında görüş keçirilib.

İran kuboku yarışları çərçivəsində keçirilən oyun 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Bu qələbədən sonra “Traxtur” yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Oyun soyuq hava şəraitində keçməsinə baxmayaraq görüşdə minlərlə soydaşımız tamaşaçı qismində iştirak edib. Onlar parlament seçkilərinə iki gün qalmış Qərbi Azərbaycan Əyalətinə göz tikən radikal kürdlər və terror qruplaşmalarına tutarlı cavab veriblər.

“Traxtur” azarkeşləri “Dağlar başı dumandı – Bura Azərbaycandır / Bu torpaqdan pay olomaz – Urmu Kürdistan olmaz” və digər milli şüarlar səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir