Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” tərəfdarlarından Türkiyənin TV8 kanalının aparıcısına hədiyyə – VİDEO

“Traxtur” tərəfdarlarından Türkiyənin TV8 kanalının aparıcısına hədiyyə – VİDEO

Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları Türkiyənin məşhur TV8 kanalının aparıcısına xüsusi hədiyyə göndərib.

“Survivor” verilişinin aparıcısı Furkan Dede üzərində “Traxtur” bayrağı, loqosu və Kızıl Kurtlar sözünün dərc olunduğu parçanı məmnuniyyətlə qəbul edərək ekranda nümayiş etdirib.

Furkan Dede “Traxtur”un 30 milyon türk tərəfdarı olduğunu, hətta bu baxımdan “Fənərbaxça” və “Qalatasaray” komandalarından irəlidə olduğunu diqqətə çatdırıb.

Məşhur aparıcının sözlərini aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir