Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur”un kapitanlarının komandadan ayrılması xəbəri doğru deyil”

“Traxtur”un kapitanlarının komandadan ayrılması xəbəri doğru deyil”

Güney Azərbaycanın “Traxtur” futbol klubu kapitanlarının komandadan ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Klub tərəfindən yayılan məlumatda qeyd olunur ki, Məsud Şucayi, Ehsan Hacı Seyfi və Əşkan Dejaqe “Traxtur”un 1, 2 və 3-cü kapitanı kimi komandada oyunlarını davam etdirir. Onların ayrılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bildirilir ki, oyunçuların 3-nün də klubla müqaviləsi var. Hətta hər hansı oyunçunun müqaviləsi başa çatarsa, müqavilənin müdətini uzatmaq üçün lazimı tədbirlər alınıb.

“Traxtur” klubu komanda tərəfdarlarına müraciət edərək onları bu barədə yayılan şayiələrə inanmamağa çağırıb. Klub rəhbərliyi bildirib ki, hər kəs “Traxtur” komandası ilə bağlı doğru xəbərləri izləmək istəyirsə, klubun rəsmi saytına müraciət edə bilər.

Qeyd edək ki, ötən günlərdə “Traxtur”un bir neçə oyunçusu, o cümlədən Əşkan Dejaqenin komandadan ayrılması ilə bağlı mətbuatda məlumat yayılmışdır. Hətta bildirilmişdir ki, Əşkan Dejaqe yeni komandaya qoşulmaq üçün “Traxtur” klubundan razılıq verməsini istəyib və bu məqsədlə Təbrizə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir