Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Urmiya Universitetinin öyrəncilərinin parlament seçkiləri ilə bağlı bəyanatı

Urmiya Universitetinin öyrəncilərinin parlament seçkiləri ilə bağlı bəyanatı

Urmiya Universitetinin millətçi öyrənciləri keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda öyrəncilər “Azərbaycan yatma dur” kolisiyasına dəstək verdiklərini qeyd ediblər.

“Qərbi Azərbaycandakı xüsusi şəraiti nəzərə alaraq Urmiyə Universitetinin millətçi öyrənciləri olaraq seçkilərə qatılmağı məqsədəuyğun hesab edirik. Uzun sürən müzakirələrdən sonra “Azərbaycan yatma dur” birliyinə dəstək vermək qərarına gəldik.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Oyrəncilər bəyanatda dəstək verdikləri namizədlərin adlarını açıqlayıb:

  1. Ruhulla Həzrətpur
  2. Salman Zakir
  3. Vəhid Calalzadə

Seçkilərlə bağlı Azərbaycan Milli Hərəkatının Urmiyadakı fəalları da oxşar mövqe ilə çıxış ediblər. Bu zəmində yayılan xəbəri buradan oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir