Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Urmiyada məktəb müdirləri şagirdlərdən zorla pul tələb edir – VİDEO

Urmiyada məktəb müdirləri şagirdlərdən zorla pul tələb edir – VİDEO

Urmiyada orta məktəblərin birində müdirlər şagirdlərdən zorla pul tələb edib.

Bu barədə sosial şəbəkələrdə bir video paylaşılıb.

Məlumata görə, Vəliəsr şəhərciyində “13 Aban” məktəbinin müdirləri imtahandan əvvəl şagirdlərin mobil telefonunu alıb. Onlar telefonları geri qaytarmaq üçün hər şagirddən 1000 tümən məbləğində pul tələb ediblər.
Bu hadisə sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.

Qərbi Azərbaycan Əyaləti Təhsil İdarəsinin sözçüsü Mehdi Məhəmmədpur bu barədə idarəyə məlumat verildiyini bildirib.

“İdarəyə məsələ ilə bağlı məlumat verilib. 2 nömrəli Təhsil İdarəsinin məsulları hadisəni araşdırır. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.”- deyə o qeyd edib.

Baxmayaraq ki, İran konstitusiyasına görə, bütün ölkə vətəndaşları orta məktəbdə pulsuz təhsil almalıdır. Son illərdə məktəblərdə müxtəlif bəhanələrlə şagirdlərdən pul tələb olunur. Valdeynlər bu məsələyə vaxtaşırı etiraz bildirsələr də günümüzədək bu istiqamətdə hər hansı tədbir görülməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir