Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Urmiyanın Mərkəzi Zindanında həyəcan təbili çalındı– koronovirusla bağlı

Urmiyanın Mərkəzi Zindanında həyəcan təbili çalındı– koronovirusla bağlı

Güney Azərbaycanın Urmiya şəhərinin mərkəzi zindanının məsulları koronavirusa yoluxmuş 7-ci məhbusu xəstəxanaya köçürdükdən sonra həbsxananın səs gücləndirici aparatları ilə problemin təhlükəli həddə çatdığını elan ediblər.

Əldə etdiyimiz məlumata görə, martın 4-dək Urmiya zindanından 7 məhbus xəstəxanaya köçürülüb. Koronavirusa yoluxan məhbuslardan biri ötən günlərdə həyatını itirib.

Bildirilir ki, Urmiya zindanında koronavirusa yoluxan məhbusların sayı olduqca çoxdur, lakin həbsxananın məsulları bu barədə doğru məlumat vermir.

Bundan əvvəl İranda siyasi məhbusların ailəsi səlahiyyətli orqanlardan koronavirus böhranı aradan qalxanadək məhbusların evə buraxılmasını tələb ediblər.

Ölkəni bürüyən təhlükəli virus problemi bütün məhbuslar, o cümlədən güney azərbaycanlı milli-mədəni fəalların həyatını ciddi təhlükə ilə üz-üzə qoyub.

Müxtəlif mənbələr Böyük Tehran Həbsxanası, Kərəcin Mərkəzi Həbsxanası və Evin zindanında koronavirusun yayıldığını bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir