Çərşənbə axşamı , 14 May 2024
Ana səhifə / Azərbaycan / Vurulan təyyarədə ölən soydaşlarımızla bağlı etiraz aksiyası keçiriləcək – Xoy şəhərində / ÇAĞIRIŞ

Vurulan təyyarədə ölən soydaşlarımızla bağlı etiraz aksiyası keçiriləcək – Xoy şəhərində / ÇAĞIRIŞ

Ötən günlərdə Tehranda “Sepah” tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindən olub.

Xoy əhalisi sosial şəbəkələrdə çağırış mətni yayaraq günahsız yerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz yığıncağı keçirəcəklərini bildiriblər.

Mətndə bildirilir:

“”Boeing sərnişin təyyarəsinin “Sepah”ın özbaşına əməkdaşları tərəfindən birbaşa vurulması faciəsində dörd yerlimiz həlak olub. Bunun üçün bazar ərtəsi günü yerli vaxtla saat 17-00-da Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək faciəni yaradanlar və yalançı məsulların məhkəmə qarşısına çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq.”

Xatırladaq ki, yanvarın 8-də Tehranın Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. Bu faciə İran və Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyalarına yol açıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir