Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan / Xoy şəhərində keçiriləcək “Şəms və Mövlana” Festivalının posteri təqdim olunub

Xoy şəhərində keçiriləcək “Şəms və Mövlana” Festivalının posteri təqdim olunub

Güney Azərbaycanın Xoy şəhərində keçiriləcək 3-cü “Şəms və Mövlana” Festivalının posteri təqdim olunub.
Təqdimat mərasimində yerli məsullar, o cümlədən Xoy Şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd Abidi iştirak edib.
İcra Hakimiyyəti başçısının verdiyi açıqlamaya görə, festival əsasən musiqi və hekayə kimi müsabiqə bölmələrindən ibarət olacaq.
Dünya şöhrətli türk şair və arif Şəmsəddin Təbrizi və Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş festival iyulun 31-dən başlayaraq bir neçə gün davam edəcək.
Beynəlxalq “Şəms və Mövlana” Konfransı isə sentyabrın 29 və 30-da Xoy şəhərində Şəms Təbrizinin məqbərəsinin nəzdində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir