Cümə , 19 Aprel 2024
Ana səhifə / Azərbaycan / Zəngəzur Dəhlizi və Farsçı İranın Tutumu

Zəngəzur Dəhlizi və Farsçı İranın Tutumu

Ukraynanın dövlətinə qarşı mövqe tutan, Rus işğalçılığını dəstəkləyən Əli Xameneyi bir daha özünün faşist və işğalçı mahiyyətini ortaya qoydu. Bu baxımdan, Xamneyinin Zəngəzur dəhlizi və İranın işğalçı Ermənistana verdiyi dəstək ciddi şəkildə təhlil edilməlidir.

İran terror rejiminin Zəngəzur koridotunun açılması ilə bağlı müxalifət və təhdidləri də doğru dəyərləndirilməlidir. İranın Azərbaycana dəstəyi ilə bağlı ikiüzlü açıqlamaları Zəngəzur koridoruna qarşı çıxması, bölgədə sülh, enerji və nəqliyat təhlükəsizliyinə zərbə vurmaqls yanaşı regional siyasi və iqtisadi əməkdaşlığa qarşı çıxmasından xəbər verir bu da Rusiya və Ermənistanın işinə gələir.

İranın Azərbaycan və Türkiyə dövlətlərinə qarşı ikiüzlü siyasəti həm də onun terrorist mahiyyətindəb irəli gəlir. Belə olan halda Güney Azərbaycan və onun regional gücə çevrilmə potensialı faktoru üzərində sül və sabitlik istəyən Türkiyə və Azərbaycan dövlətinin stratejik marağları əsasında təhlil edilməli və onun ciddi və əhəmiyyətli rolu nəzərə alınmalıdır.

Hər kəs bilməlidir ki, Güney Azərbaycanın potensial imkanları və onun Milli Azadlıq hərəkatının təşkilatlanmış gücü farsçı iran rejiminin saxta dövlətçiliyini ciddi şəkildə silkələyib onun qondarma varlığına son qoya bilər.

Sadiq İsabəyli – GAMAC idarə heyyəti üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir